Azərbaycanlının elə yerindən narkotik çıxdı ki...

Azərbaycanlının elə yerindən narkotik çıxdı ki...
3 büküm heroin rentgen yoxlamasında tapılıb

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb. Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından piyada yol ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə, ümumilikdə 206 qram narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...