Azərbaycanlının da olduğu dəstə Rusiya polisinin gözü qarşısında silahını yerə atdı

Azərbaycanlının da olduğu dəstə Rusiya polisinin gözü qarşısında silahını yerə atdı

Beş əcnəbi Sankt-Peterburqun Frunze rayonunda polisin qarşısında tərksilah olmağa çalışıblar. Lakin gecə parkda yoxa çıxmaq mümkün olmayıb.

Fontanka.ru-nun məlumatına görə, şübhəli birlik yanvarın 5-nə keçən gecə parkdakı patrul işçilərinin diqqətini cəlb edib. İçlərində azərbaycanlı da olan 5 əcnəbi kişi görüşə sevinməyiblər və eyni anda tapançalarını ataraq ünsiyyətdən yayınmağa çalışıblar.

Lakin onlar parkdan qaça bilməyiblər. Narahat beş nəfərlə birlikdə "Makarov” tipli travmatik tapança, kilsənin yaxınlığından götürülmüş patronları olan iki maqazin, "Qroza” markalı tapança şöbəyə çatdırılıb.

Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və bölgə üzrə Baş İdarəsi yoxlama apardıqlarını bildiriblər. Xaricilər özlərini Gürcüstan, Tacikistan və Azərbaycan vətəndaşı kimi təqdim ediblər. Əvvəllər məhkum olunmamış şəxsxlər 22-33 yaşındadırlar. (oxu.az)


OXŞAR XƏBƏRLƏR