Azərbaycanlıların yaşadıqları kənddə “linç məhkəməsi”nin TƏFƏRRÜATI – VİDEO + YENİLƏNİB

Azərbaycanlıların yaşadıqları kənddə “linç məhkəməsi”nin TƏFƏRRÜATI – VİDEO + YENİLƏNİB
 Sosial şəbəkələrdə həyat yoldaşına xəyanət etdiyi iddia edilən qadının görüntüləri yayılıb.

Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, hadisənin Gürcüstanın azərbaycanlılar yaşayan Qaracalar kəndində baş verdiyi deyilir. 

Qeyd edək ki, Gürcüstan mətbuatı bir müddət öncə sözügedən kənddə 15 nəfər azərbaycanlının 42 yaşlı həmvətənlərini vəhşicəsinə döyərək və ona təcavüz ediyi haqda xəbər yaymışdı. Hadisəyə səbəb kimi döyülən şəxsin qonşusunun arvadı ilə münasibət qurması olub. Bundan şübhələnən ər onları izləyərək kənd qəbiristanlığında yaxalayıb. 

Həmin görüntüləri təqdim edirik:

25.08.2017 19:13

Bu həftə, Gürcüstanın şərqindəki Qaracarlı kəndində dəhşətli hadisə baş verib. 

Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, kənd sakinlərindən biri, onun həyat yoldaşı ilə mesajlaşan həmkəndlisini qəddar şəkildə cəzalandırıb.

Ərin başçılıq etdiyi 7 nəfərlik qrup, qadınla mesajlaşan kişidən qisas almaq qərarına gəlib. Kişi, qisas günü Rustavi şəhəri yaxınlığında yerləşən barlardan birində olub. Onu bardan çıxarıb, başından butulka ilə vurandan sonra Qaracarlı kəndi yaxınlığındakı çöllüyə aparıblar.

Burada qisasçılara daha bir neçə nəfər qoşulub və kişini möhkəm döyüblər. Ardınca isə artıq huşunu itirməkdə olan şəxsi butulka ilə zorlayıblar. Kəndin onlarla sakini, o cümlədən həddi-buluğa çatmayanlar baş verənləri izləyiblər. Gürcüstan telekanalları xəbər verir ki, qisasçılar bütün baş verənləri videoya çəkərək, internetə yükləyiblər.

Koma vəziyyətində olan zərərçəkən, ciddi zədələrlə xəstəxanaya çatdırılıb. Daxili İşlər Nazirliyindən bildiriblər ki, faktla bağlı 4 nəfər, o cümlədən qadının həyat yoldaşı və qardaşı saxlanılıb. Cinayət işi "işgəncə” maddəsi ilə başlanılıb. Bu maddəyə görə, cinayətkar 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasına məhkum edilir.

Əhalinin son siyahıyaalınmasına görə, Qaracarlı kəndində əsasən azərbaycanlılar yaşayır. Ümumilikdə kəndin əhalisi 4 min nəfər yaxındır. 
Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze Sputnik Gürcüstan-a müsahibəsində qeyd edib ki, belə barbar faktlar ölkədə çox nadir hallarda olur: 

"Milliyyətindən asılı olmayaraq müxtəlif illərdə müxtəlif insanlar özləri mühakimə etməyə və ya "linç məhkəməsinə” cəhd ediblər”.

"Ailə üzvləri deyirlər ki, sonda qurbana çevrilən həmin şəxs, qadını onun həyat yoldaşı və qohumlarını öldürməklə hədələyirmiş. Amma əlbəttə ki, hadisənin yekunu tam vəhşilikdir. Bu, linç etmək adlanır” – deyə Mamuka Areşidze bildirib.


OXŞAR XƏBƏRLƏR