Azərbaycanlıların qohum qız alma sevdasının QORXUNC ÜZÜ

Azərbaycanlıların qohum qız alma sevdasının QORXUNC ÜZÜ
 Dünyada qohum evlilikləri ilə illərdir aparılan mübarizə öz nəticəsini göstərsə də, Azərbaycanda hələ də azalmaq bilmir. Əsasən rayon yerlərində hamı özünün yaxın qohumunun qızını gəlin olaraq evinə gətirməyə çalışır. Yaxın qohum olmadıqda isə, uzaq da olsa, oğlunu "özününkülərdən" biri ilə evləndirir. Lakin ailələr təkrak-təkrar qan bağı olan evliliklərdən dünyaya gələcək uşaqların qüsurlu ola bilmə ehtimalını qulaqardı edir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Dünyanın bəzi ölkələrində genofondun təmizliyini təmin etmək məqsədilə qohum evliliyi təmamilə qadağan edilib. Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı-əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə 0,56%-dir.

Qohum evlilikləri ilə bağlı danışan ginekoloq Zalxa Osmanova bildirib ki, dünyaya sağlam uşaq gətirmək üçün mayalanmada iştirak edən, genetik informasiyanı daşıyan hüceyrələr sağlam olmalıdır:

"Çünki mayalanmanı 50 faiz kişi hüceyrəsi, 50 faiz isə qadın xromosomları təşkil edir. Qohum nikahlarında daha çox genetik xəstəliklərin, eybəcərliklərin, inkişaf etməyən hamiləliklərin, qüsurlu uşaqların doğulması məhz bununla bağlıdır. Yəni bizim genetik informasiyanı daşıyan hüceyrələrdə hansı xəstəliklərin olub-olmaması ilə əlaqəlidir. Qohum olduğu zaman artıq bizim ulu babamızın genində olan informasiya bölünüb bütün uşaqlara paylanılır. Yəni bir baba, yaxud nənənin xromosomlarında olan məlumat bütün övladların hüceyrələrinə bölünür, hətta bir-iki nəsil sonra belə əgər qohumluq əlaqəsi varsa, bu xəstəliyi daşıyan hər iki fərddə artıq xəstə övladın olma faizi yüksəlir".

Mütəxəssis əlavə edib ki, gendə olan hansısa bir xəstəlik doğulacaq bütün uşaqlarda rast gəlinə bilər. Nəvədə isə bu genlər daha da çoxalır.
 
"Bu qohumluqdan iki nəfər evlənərsə, sözsüz ki, bunların xəstə övladının olma faizi daha yüksək olacaq. Amma nəsildən hər hansısa xəstəliyi daşıyan fərd, başqa nəsildən biri ilə evləndiyi zaman orda bu xəstəliyin təkrarlanma faizi olmur, yaxud çox aşağı olur", - deyə Z. Osmanova vurğulayıb.



OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...