Azərbaycanlıların nöqtə,vergül xəstəliyi - Niyə tələyə düşürük?

Azərbaycanlıların nöqtə,vergül xəstəliyi - Niyə tələyə düşürük?
 

"Bizim xalqın mənəvi ruhiyyəsi var. Təəssüf ki, bir çox insanlar da bundan istifadə edirlər. Bir zamanlar "Facebook”da xəstə uşağın şəklini paylaşırdılar, deyirdilər hər qoyduğunuz "like”a görə, "Facebook" 1 dollar ödəyəcək. İnsanlar da yüz minlərlə şərh yazırdılar, bəyənirdilər. Təbii ki, o da bir mif idi”.

 

Sfera.az bildirir ki, bu sözləri "Yeni Sabah”a açıqlamasında sosial media üzrə mütəxəssis Orxan Rzayev deyib. Onun sözlərinə görə, nöqtə, vergülünhesabın bağlanmasına heç bir təsiri yoxdur:

 

"Bu da eynilə ona bənzər bir şeydir. Bu nədən qaynaqlanır? "Facebook” və "İnstagram”ın alqoritmi elədir ki, sosial media hesabında nə qədər çox aktivlik olursa, "like”, "comment” gəlirsə, həmin paylaşım və profillər daha da önə çıxır. Bizim insanlar isə bundan istifadə edirlər. Çoxlu şərh yazılmalı, "like" qoyulmalıdır ki, "Facebook” aktiv hesab kimi görsün. Onagörə belə bir yola əl atırlar. Başlığı da bu cür qoyurlar ki, ""Like" edin, şərh yazın ki, hesabım blokdan çıxsın və ya təhlükə getsin”. Əslində isə onun heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq insanların mənəvi hisslərindən sui - istifadə edirlər. Bu, aktivliyi artırır, bununla da növbəti paylaşımlar daha çox insana görünür”.

 

Orxan Rzayev dünəndən sosial şəbəkələrdə yaranan problemdən və təhlükəsizlik qaydalarından da danışıb:

 

"Dünəndən olanlar isə tam fərqlidir. "Facebook”un özündən qaynaqlanan texniki problemdir. "Facebook"da bloklanma ilə bağlı problemlər getdikcə artır və artacaq. Ona görə ki, istənilən sosial şəbəkə, platforma gün keçdikcə təhlükəsizliyi daha çox gücləndirir. Saxta profillərdən platformanı xilas etmək istəyirlər. Həmçinin başqalarının müəllif hüquqlarını qorumağı, irqi, dini ayrıseçkiliyi, hər hansı problemləri mümkün qədər aşağı salmağa çalışırlar. Buna görə də hər keçən gün qaydalar daha da sərtləşdirilir. Məsələn, filan mövzuda paylaşım edə, filan sözdən, şəkildən istifadə edə bilməzsiz. Texnologiya inkişaf edir, müəllif hüquqları pozulması və ya hansısa diskriminasiya hallarının qarşısını almaq üçün yeni texnologiyalar tapa bilirlər. Əslində "Facebook” "İnstagram”ın qaydalarında detallı şəkildə nələri etmək olar və olmaz izah olunur. İstifadəçilər adətən bu şərtləri oxumurlar. İstənilən yerdə, istənilən loqolu şəkillər, videolar paylaşırlar. Belə olanda hesab bloklanır. Buna görə diqqətli olmaq, qaydaları oxumaq lazımdır.”Facebook”dan istifadə ediriksə, şərtlərinə riayət etməliyik”.

 

O.Rzayev şəxsiyyət vəsiqəsiylə qeydiyyatla bağlı bildirib ki, "Facebook" belə hesabı real hesab edir:

 

"Biri var sadə e –mail-lə qeydiyyatdan keçirsiz, bu halda profilinizin bağlanması daha realdır. Amma orda e maili, hansısa bizneskartınızı əlavə etmisizsə, səhifənizdə problem hiss edəndə "Facebook" sizdən şəxsiyyət vəsiqəsi və ya hansısa sənəd tələb edə bilər. Onu daxil edəndə "Facebook görür” ki, real şəxsdir, saxta hesab deyil”.

 

 

Əsmər Qabil


OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...