Azərbaycanlılar İstanbul seçkiləri ilə bağlı niyə həssasdır? - Ceyhun Osmanlıdan ilginc açıqlama

Azərbaycanlılar İstanbul seçkiləri ilə bağlı niyə həssasdır? - Ceyhun Osmanlıdan ilginc açıqlama

 

Azərbaycan vətəndaşlarının Türkiyədəki bələdiyyə seçkilərini həssaslıqla izləməsi bəzən tənqid olunur. "Qonşu dövlətdə baş verənlərin bizə nə dəxli var?” tipli suallara haqq da qazandırmaq olar hardasa. Amma unudulmamalıdır ki, Türkiyə Azərbaycanla qardaş ölkədir və ölkələrin birində baş verən istənilən olay digərində həyacanla təqib edilir. Amma səbəb təkcə budurmu?

 

Sabiq millət vəkili Ceyhun Osmanlı düşünür ki, Türkiyədəki seçkilərin ölkəmizin hətta aktiv siyasətlə məşğul olmayan təbəqələri tərəfindən də böyük maraqla izlənməsinin digər özəl səbəbi var. 

 

Sfera.az-ın məlumatına görə, Ceyhun Osmanlı hesab edir ki, bu maraq həm də azərbaycanlıların İstanbulda böyük investisiya yatırımlarının gələcəyindən narahatlığın ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan dövləti Türkiyəyə yatırılan xarici sərmayələrin çəkisinə görə liderdir. Eyni zamanda Azərbaycandan olan iş adamları İstanbula olan yatırımlara, xüsusən də daşınmaz əmlak yatırımlarına böyük maraq göstərirlər. Onun feyzbuk sosial şəbəkəsində mövzuyla bağlı yazdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:

 

"Azerbaycan vatandaşları neden Türkiye'de olan seçimleri bu kadar iyi takip ediyor?” sorusuna basit ve somut bir cevap:

İnsanlar takip etmekte haklı. Çünki İstanbula olan yatırımda Azerbaycanlılar ilk sırada. Türkiye genelinde olan yatırımlarda Azerbaycan devleti 1-ci. Tabii ki, yatırımların ne kadar güvenli ellerde olup - olmadığını düşünmek Azerbaycan vatandaşının ve devletinin doğal hakkı.

 

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...