Azərbaycanlılara işgəncə vermiş erməni generalın ayağını kəsəcəklər

Azərbaycanlılara işgəncə vermiş erməni generalın ayağını kəsəcəklər
 

Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, əgər hakimiyyət lazımi tədbirlər görməsə, müvəkklinin hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

 

Vəkilin sözlərinə görə, M.Qriqoryanın vəziyyəti daha da pisləşib. Belə ki, onun ayaqlarını amputasiya etmək lazım olacaq. Hazırda sabiq deputat süni nəfəs aparatı ilə yaşayır.

 

Baqdasaryan, həmçinin Ermənistan rəhbərliyinə, Baş nazir Nikol Paşinyana müraciət edərək müvəkkilinə qarşı qanunu pozanların cəzalandırılmasını tələb edib. O, əks halda hakimiyyəti Avropa Məhkəməsinə şikayət edəcəyi ilə hədələyib.

 

Azvision.az xatırladır ki, M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda və böyük məbləğdə dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.

 

Onu da qeyd edək ki, Manvel Qriqoryan Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşlərdə iştirak edib. O, xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.


OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...