Azərbaycanlılar ruslardan 2 il çox, ingilislərdən 6 il az yaşayır – İLGİNC STATİSTİKA

Azərbaycanlılar ruslardan 2 il çox, ingilislərdən 6 il az yaşayır – İLGİNC STATİSTİKA
 

Rusiyalıların orta ömür həddi 73 ildir.


Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyi ötən illə müqayisədə rusiyalıların orta ömür həddinin 0,7 faiz uzandığı haqda məlumat verib. .

 

Belə ki, Rusiyada orta ömür həddi 73,6 yaş təşkil edib. Bununla yanaşı, nazirlikdən dəqiqləşdiriblər ki, ölüm sayının orta göstəricisi 31,1 faizədək azalıb. Az əvvəl səhiyyə naziri Veronika Skvortsova bildirmişdi ki, qadınlar arasında orta ömür həddi 78,5, kişilər arasında isə 68, 5 yaşa qədər yüksəlib. Anaların ölümü təxminən 5 dəfəyədək, körpələrinki isə 3,6 dəfə azalıb.

 

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, amma doğuşun həcmi azalıb. Mütəxəssislərin fikrincə, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə, gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır. Nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır.

 

Qeyd edək ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir, yəni rusiyalılarla müqayisədə 2 il çoxdur. Orta ömür həddinin uzunluğuna görə Rusiyanı geridə buraxan Azərbaycan, təəssüf ki, digər inkişaf etmiş dünya dövlətlərinə bu sahədə böyük hesabla uduzur.


Bunun isə sadə bir izahı var. Dünya İqtisadi Forumu göstəricilərinə görə, ölkələrin inkişaf səviyyəsi artdıqca səhiyyə xidmətlərinin keyfiyyəti də artır. Bu da orta ömür müddətini uzadır.

 

Müqayisə üçün sizə orta ömür müddətinin ən uzun olduğu 15 ölkəni təqdim edirik.


15. Cənubi Koreya - 81,4 il

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), həyat müddəti son illərdə uzanan Cənubi Koreyada getdikcə artan hava çirklənməsi barədə xəbərdarlıq edir.

 

14. Lüksemburq- 81,4 il

Lüksemburqun digər Avropa ölkələrinə nisbətən daha az izdihamlı bir əhaliyə malik olması səhiyyə xidmətlərinə çıxışı asanlaşdırır.

13. Norveç- 81,5 il

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Norveçdə həyat müddətinin uzanması, insanların qocalıq yaşlarına qədər idmanla məşğul olmaları ilə əlaqəlidir.

 

12. İngiltərə- 81,5 il

Qərbi Avropanın ən yüksək köklük faizinə malik olan İngiltərədə keyfiyyətli səhiyyə xidmətləri həyat müddətini uzadır.

 

11. İsveç- 81,7 il

İsveçlilər, OECD ortalamasından iki il daha uzun yaşayırlar. OECD-yə görə, bunda ən əhəmiyyətli faktor ölkənin sularının yüz faiz təmiz olmalsıdır.

 

10.İsrail- 81,7 il

Məcburi hərbi təhsilə baxmayaraq, israilli kişilər, dünyanın ən uzun yaşayan adamlar arasındadır. Ancaq Statistika Bürosunun məlumatlarına görə, son illərdə şiddətlənən qarşıdurmalar səbəbilə Qüdsdə yaşayanların ömrü digər şəhərlərə nisbətən azalıb.

9. Avstraliya- 82,1 il

Ada ölkəsi Avstraliyada aktiv həyat və keyfiyyətli səhiyyə xidmətləri insanların ömrünü uzatmağa kömək olur.

8. Sinqapur- 82,1 il

Təbii məhsullardan istifadənin yayılması ilə Sinqapurun orta ömür müddəti son 30 ildə nəzərəçarpacaq bir artım göstərib.

 

7. İspanya- 82,4 il

Tərəvəz, balıq, zeytun yağı və fındığın bol olduğu İspaniyada orta ömür müddəti 82 ili keçir.

 

6.Fransa- 82,6 il

Fransanın bu siyahıda olmasının ən əhəmiyyətli səbəblərindən biri OECD ölkələri arasında ən aşağı köklük səviyyəsinə malik olmasıdır.

 

5. İsveçrə - 82,7 il

Dünyanın ən yaşlı qadınlarından Rosa Rein 1897-ci ildə İsveçrədə doğulmuş, 2010-da vəfat etmişdi.

4.İslandiya- 82,9 il

Diyetoloqların "dünyanın ən yaxşısı" adlandırdığı İslandiya pəhrizi, diabet və ürək krizinin qarşısını alır.

 

3. İtaliya- 82,9 il

Elm jurnalı "Lancete" görə, italyanların çox yaşamasında ən mühüm səbəb gəlir "uçurumunun" az olmasıdır. Yəni, hər kəs bənzər sağlam və təzə qidaları istehlak edir.

 

2. Yaponya- 83,1 il

İllərdir birinciliyi heç kimə verməyən Yaponiya, son illərdə qadın intiharlarının artması ilə üç il əvvəl ikinci sıraya geriləyib.

 

1-ci Honq Konq- 83,5 il

Honq Konqda həyat müddətinin uzun olması, romatizmal xəstəliklərdən yuxusuzluğa qədər bir çox problemə yaxşı komək etdiyi sübut olunmuş, döyüşsüz müdafiə sənədi "Tay Chi"nin geniş istifadəsilə əlaqələndirilir.

 

Hazırladı: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR