AZƏRBAYCANLILAR "KONTURA" 870 MİLYON MANAT XƏRCLƏYİBLƏR
Cəmiyyət
09:50 / 23.01.2016
923
2015-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 642,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali sektoruna aid olub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) BiG.AZ-a bildirilib.
“2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 53%-i və ya 870,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb”. – deyə komitənin hesabatında vurğulanıb.