Azərbaycanlılar Moldovada aksiya keçirdi

Azərbaycanlılar Moldovada aksiya keçirdi
 
22 iyul tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində soydaşlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata qarşı etiraz aksiyası və Azərbaycan ordusuna dəstək bildirmək məqsədi ilə yürüş keçirilib.

Sfera.az xəbər verir ki, aksiya iştirakçıları dövlətimizə və ordumuza dəstək ifadə etmək üçün öncə saat 9.30 (Moskva vaxtı ilə) Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi önündə yığışıblar. Sonra iştirakçılar əllərində Azərbaycan bayraqları və şüarlarla Erministan Səfirliyi önünə yürüş ediblər.

Eyni zamanda iştiraçılar tərəfindən Moldovada BMT və ATƏT-in nümayəndəliklərinin önündə də piket keçirmək və nümayəndəliklərə Moldova azərbaycanlılar adından müvafiq müraciət çatdırmaq planlaşdırılıb. Yürüş Moldovanın Mərkəzində yerləşən Ştefan Çelmarenin heykəlinin önündə başa çatıb.
 


OXŞAR XƏBƏRLƏR