Azərbaycanlılar Dubaydan villa almaqda liderdir

Azərbaycanlılar Dubaydan villa almaqda liderdir

Dubay əmirliyinin Torpaq departamenti (DLD) keçmiş sovet respublikalarından olan rusdilli investorların axını ilə bağlı olaraq Rusiyanın "Rusbiz” konsaltinq xidməti ilə müqavilə bağlayıb 

Müqaviləyə əsasən Dubayda mülk almaq istəyən rusdilli, yaxud rus dilini bilən investorlar bu müqavilə sayəsində sövdələşmələrə dair məlumatları rus dilndə əldə edə biləcəklər.

DLD-nin məlumat bazasına əsasən təkcə son üç ildə rus dilinin geniş yayıldığı 12 ölkədən 6 minə yaxın investor Dubayda daşınmaz əmlaka 4 milyard dollara yaxın investisiya qoyublar. DLD son illər Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkmənistan, Tacikistan, Belarus , Moldova, Ermənistan və Qırğızıstandan olan investorların Dubaya axını haqda məlumat verir.

Rusbiz şirkəti ilə bağlanmış müqaviləyə əsasən DLD rusdilli müştərilərə bu şirkət vasitəsilə xidmət göstərəcək, müqavilələləri rus dilində bağlayacaq. Habelə hüquqi sənədlərin ərəb dilindən rus dilinə tərcüməsi həyata keçiriləcək.

DLD-nin investisiya şöbəsi olan "Real Estate Investment Management and Promotion Center”in rəhbəri Məcid Əli Rəşid deyib ki, rusdilli ölkələrdən artan tələbatı nəzərə alaraq "Rusbiz” investorlara informasiya xidməti göstərilməsi üçün əvəzsiz tərəfdaşdır. "Rusbiz” şirkətinin baş direktoru Dmitri Krasnoqor isə deyib ki, Dubayın daşınmaz əmlak bazarı keçmiş sovet respublikalarından olan investorlar üçün olduqca cəlbedicidir. "Biz müştərilərə ən yaxşı şəkildə xidmət göstərməyə çalışacağıq”-o deyib.

Qeyd edək ki, Dubaya axın edən 6 minə yaxın rusdillilərin arasında Azərbaycan vətəndaşlarının da olması son illər ölkədən kapital axınının sürətləndiyi bir vaxtda baş verir. Manatın devalvasiyasından və iqtisadiyyatda yaranan problemlərdən sonra bir çox imkanlı şəxslər öz kapitallarını xaricdə daşınmaz əmlaka, digər sahələrə yatırmağa başlayıb. (virtualaz.org)



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...