Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu
 
ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 illik yubileyi münasibətilə seçilən 80 uğurlu siması arasında (#FacesofExchange) Azərbaycandan olan iştirakçı - Ellada Mustafayeva da yer alıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun rəsmi saytında qeyd olunub.

1940-cı ildə təsis olunan proqramın 225.000-dən çox məzunu arasından seçilən 80 simadan biri olan Ellada Mustafayeva 2017-ci ildə IVLP proqramında iştirak edib. O, PR, media, təhsil və idarəçilik sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malikdir. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer alıb. Müvafiq sahələr üzrə pedaqoji və təlimçilik fəaliyyəti ilə də məşğuldur.
Mədəni və peşəkar mübadilə proqramı olan IVLP ABŞ Dövlət Departamenti tərəfindən Amerika səfirliyi ilə birgə həyata keçirilir. Proqramın məqsədi ABŞ-ın dünya ölkələri ilə əlaqələrini gücləndirmək və fərqli ixtisas sahiblərininin peşəkar inkişaflarına dəstək olmaqdır.

Hər il dünyanın müxtəlif ölkələrindən olan təxminən 5.000 iştirakçı Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (IVLP) ilə ABŞ-a səfər edir.  IVLP-nin məzunları sırasında Marqaret Tetçer, Toni Bleyr, Nikola Sarkozi, İndira Qandi və s. kimi dünya liderlərini, ictimai xadimləri, müxtəlif sahələrdə öz ölkəsində və qlobal miqyasda tanınan peşəkar şəxsləri qeyd etmək olar.

Bu il 80 illik yubileyini qeyd edən IVLP-nin #FacesofExchange ("Mübadilə üzü") təşəbbüsü də proqram məzunlarının həyat hekayələrini, öz sahələri üzrə peşəkar inkişaflarını nümayiş etdirməklə proqramın qlobal cəmiyyətə təsirini vurğulamaq məqsədi daşıyır.

 

 

OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...