Azərbaycanlı turistlər ən çox çadırlarda qalmağa üstünlük verirlər

Azərbaycanlı turistlər ən çox çadırlarda qalmağa üstünlük verirlər

 

Hotel və kirayə evlər baha olduğu üçün maraq azalıb.

Avqust ayında havanın isti keçməsi Nabran istirahət zonasına gələn turistlərin sayını xeyli artırıb. 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, çimərlikdə və təbiət qoynunda dincələnlər əsasən hotel və yerli sakinlərə məxsus fərdi evlərdə qalmağa üstünlük verirlər.

Amma son illər çadırlarda gecələyən turistlərin sayı da kifayət qədər çoxalıb. İndi şimal bölgəsinin istənilən turizm zonasında çadır quraraq dincələn turistlərə rast gəlmək olar.

Artıq 5 ildir yay fəslində çadırda qalaraq müxtəlif yerlərdə istirahət edən Nəcəfovlar ailəsi bu dəfə Nabran istirahət zonasını seçib. Ailə başçısı Pənah Nəcəfov müsahibəsində bildirib ki, çadırda dincəlmək çox ucuz başa gəlir: 

"Biz hər hansı istirahət guşəsinə gedəndə ənənəvi olaraq çadırdan istifadə edirik. Olduqca sərfəlidir. Məsələn bir həftə hoteldə və kirayə evdə qalsaq, ən azı 200 manat ödəməliyik. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərimizə sərf edirik”.

Çadırda qalmağın daha bir üstünlüyü isə dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Hotel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür.

Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.

Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.

 


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...