Azərbaycanlı “The Voice”da münsifləri heyrətləndirdi - VİDEO
19:30 / 27.09.2019
969
Almaniyanın məşhur "The Voice" müsabiqəsində azərbaycanlı ifaçı səhnəyə çıxıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Seyran İsmayılov yarışmada Türkiyənin pop ulduzu Mustafa Sandalın repertuarına müraciət edib.
O, "Aya benzer" ifası ilə 4 münsifi özünə çevirə bilib. Seyran azərbaycanlı olduğunu, lakin Almaniyada yaşadığını qeyd edib.
Qeyd edək ki, Seyran bir neçə dəfə "Eurovision"un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib.