Azərbaycanlı Rusiyada öz “Lexus”unda yanaraq öldü – Video

Azərbaycanlı Rusiyada öz “Lexus”unda yanaraq öldü – Video
Bu gün Rusiyanın Çelyabinsk vilayətində dəhşətli yol qəzasında "Lexus” avtomobilində üç dost yanaraq ölüblər.
Onlardan biri azərbaycanlı olub.

Sfera.az Virtualaz.org-a istinadla xəbər verir ki, qəzaya az qalmış Başqırdıstan ərazisində "Lexus”u polis əməkdaşları saxlamaq istəyiblər, lakin sürücü buna məhəl qoymayaraq sürətlə uzaqlaşıb.

"Yaxın dostum həmin Samara-Kurqan yolu ilə gedirdi. "Lexus”la yolları bir olub. Polis "Lexus”u saxlasa da, sürücü məhəl qoymayaraq sürətlə uzaqlaşıb. Bundan sonra yol polisi əməkdaşı maşınına oturaraq onları təqib etməyə başlayıb. Dostum bir müddət sonra "Lexus”u yol kənarında dayanan görüb. Maşındakılar bildiriblər ki, polisin onları saxlamaq istədiyini sonradan biliblər və durub onu gözləyirlər. Dostum yoluna davam edib və az sonra "Lexus” yenidən böyük sürətlə onu ötüb. Çelyabinskdən azca aralıda – Kopeysk tərəfdə qəza baş verib. "Lexus” yanırmış. Onunla toqquşmuş "Mitsubishi”ni dartıb qəza yerindən uzaqlaşdırıblar və alovu söndürüblər.

"Lexus”da həlak olanlardan birinin yaxını 74.ru saytının redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, Azərbaycandan olan sürücü dostları ilə birlikdə Ufadan Nijnevartovska gedirmiş. Onun həyat yoldaşı və iki uşağı qalıb. "Lexus”da olan üç gənc diri-diri maşında yanaraq ölüblər. "Mitsubishi”nin sərnişini də qəzadan sağ çıxmayıb, sürücüsü isə xəstəxanaya çatdırılıb.

Polisdən bildirildiyinə görə, naməlum səbəblərə görə "Lexus” qarşı yola çıxıb və "Mitsubishi Pajero” ilə toqquşub. Toqquşmadan dərhal sonra "Lexus” alışıb.
 
  


OXŞAR XƏBƏRLƏR