Azərbaycanlı rəqqas faciəli şəkildə dünyasını dəyişdi - VİDEO

Azərbaycanlı rəqqas faciəli şəkildə dünyasını dəyişdi - VİDEO
 

Noyabrın 11-nə keçən gecə Masazırda baş vermiş dəhşətli yanğın zamanı vəfat edən 37 yaşlı Əlibəndə Əliyevin tanınmış rəqqas olduğu məlum olub. 

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, Əlibəndə Əliyev Xəzər Universiteti Dünya məktəbində çalışırmış. Peşəkar rəqqas olan 37 yaşlı Əlibəndə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xəzər Universitetinin Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Uşaq Flarmoniyasında çalışıb. Rəqqas kimi 10-dan çox ölkədə Azərbaycan rəqs ansamblının tərkibində çıxış edib. O, Xəzər Universiteti Dünya məktəbində oğlanlardan ibarət rəqs ansamblının rəhbəri vəzifəsində fəaliyyət göstərirmiş.

Xatırladaq ki, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlibəndə Rasim oğlunun yanmış meyiti  aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. 



OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...