Azərbaycanlı qadının \"YouTube\" ofisinə hücum etməsinin səbəbi məlum oldu - VİDEO+FOTO
11:27 / 04.04.2018
2973
Kaliforniya ştatında "Youtube" ofisinə atəş açaraq 1 nəfəri öldürən və 4 nəfəri yaralayan azərbaycanlı Nasim Ağdamın məşhur bloqqerlərdən biri olduğu üzə çıxıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, hətta onun məhz "Youtube"dakı kanalı səbəbilə bu bu hücumu təşkil etdiyi təxmin edilir. Belə ki, o, yanvar ayında yayımladığı videolardan birində "Youtube"un ona haqsızlıq edərək videolarını senzuraya məruz qoyduğunu və fars dilində videolar yüklədiyi "Nasime Sabz" adlı kanalının hədəf alındığını deyib.
Lalə Nəsirova
=