Azərbaycanlı qadın Rusiyaya 3 milyon pul keçirmək istədi
19:43 / 20.08.2019
2896
Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Rusiya-Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar avtomobil keçid məntəqəsində saxlanılıb.
Azərbaycanlı qadın Azərbaycandan Rusiyaya gömrük bəyannaməsində göstərilməmiş 3 milyon rubl (44,8 min dollar) keçirməyə cəhd göstərib.
Qeyd olunur ki, pul vəsaitlərinin qeyri-qanuni hərəkətinə görə 2 ilə qədər azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. (Report)