Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir

Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir
"SOCAR Construction" MMC-nın 150-yə yaxın nümayəndəsi Belarusdakı Mozır Neft Emalı Zavodunda ağır neft qalıqlarının hidrokrekinq kompleksinin inşasında iştirak edir.
"Report" "mazyr.by" saytına istinadən xəbər verir ki, qlobal layihələrdə geniş təcrübəsi olan azərbaycanlı və türk mütəxəssislər yüksək təzyiqli boru kəmərlərinin quraşdırılması işlərinə başlayıblar.
Bununla paralel olaraq, "Belelekromontaj" filialının bazasında boru birləşmələrinin istehsalı davam etdirilir. Bu cür əməliyyatları aparmaq üçün ən yüksək ixtisaslı qaynaqçılar cəlb edilir. Layihənin mürəkkəbliyini və gələcək kompleksin təhlükəsiz istismarı üçün tələbləri nəzərə alaraq (texnoloji avadanlıq 430 dərəcədən yuxarı olan temperaturda və təxminən 190 MPa atmosfer təzyiqində işləməli olacaq), sifarişçi Mozır Neft Emalı Zavodu tərəfindən qaynaq işlərinin yerinə yetirilməsinə ən yüksək tələblər qoyulur.
 
 
"Yüksək təzyiq və temperaturda təxminən 38 km boru kəməri istismar ediləcək. Bunlar xrom, nikel və molibden tərkibli xüsusi poladdan hazırlanıb. Təxminən 57 min yüksək təzyiqli qaynaqlı birləşmə hazırlanmalıdır. Qaynaq üçün bütün texnoloji ardıcıllığa riayət etmək lazımdır, bəzi birləşmələrin qaynağı 72 saat vaxt apara bilər. Hər bir birləşmənin rentgenoloji nəzarəti aparılır, bu, əsasən gecə saatlarında yerinə yetirilir", - Mozır NEZ-in Yenidənqurma və inkişaf şöbəsinin direktor müavini Valeri İlyukdeyib.
"Bizim subpodratçı şirkətlər, o cümlədən SOCAR tərəfindən həyata keçirilən son ən iri layihələrdən biri - İzmirdə (Türkiyə) STAR neft emalı zavodunun istismara verilməsidir. O, rekord hesab ediləcək qısa müddətdə inşa edilmişdir. Tikinti müddəti 5 il çəkərək 2014-2019 illəri əhatə edib", - Yenidənqurma və inkişaf şöbəsinin direktor müavini Yuri Komarenkobildirib.
Layihə meneceri Yengin Güngormüş, sahə rəisi Əli Gülbey, mühəndis Ozan Öztürk də jurnalistlərə fəaliyyətlərini şərh ediblər: "Burada məhsuldar iş üçün hər şey var. Ən əsası yaxın ətrafımızdakı mehriban insanlar. Mozır sənayesi inkişaf etmiş sakit bir şəhərdir".
 
 
"Mozır Neft Emalı Zavodunda bu cür layihələrdə zəngin təcrübəsi olan SOCAR şirkətinin ən yaxşı qaynaqçıları işləyirlər", - "SOCAR Construction" MMC-nin baş mühəndisi Alexandr Loykobildirib.
Mozır Neft Emalı Zavodundakı ağır neft qalıqlarının hidrokrekinq kompleksinə kombinəedilmiş hidrokrekinq qurğusu, hidrogen və kükürd istehsalı qurğuları daxildir, burada 21 ümumzavod təsərrüfat obyektləri yerləşir. Bu investisiya layihəsinin həyata keçirilməsi yüngül, daha bahalı və yüksək tələbatı olan neft məhsullarının çıxımını 70%-ə qədər artıracaq, neft emalı dərinliyini isə 90% səviyyəsində təmin edəcək. Layihənin proqnozlaşdırılan dəyəri 1,2 milyard dollardan çoxdur.


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...