Azərbaycanlı müğənni: “Ərimin ikinci arvadı məni yuyub-sərər” - FOTO

Azərbaycanlı müğənni: “Ərimin ikinci arvadı məni yuyub-sərər” - FOTO
 "Ailə qurduğum şəxsi imkanlıdır deyə seçmədim. Əziyyətsiz heç nəyin bəhrəsi olmur. Mən çox kompromisə gedirdim. Görünür, oğlan evlənib, sonra da boşanmaq arzusunda imiş. Yəqin fikirləşib ki, bir uşağım olsun, boşanaram”.
 
Sfera.az xəbər verir ki, bu sözləri ARB-nin "Ona qalsa” verilişində müğənni İlahə İbadova deyib.
 
O, keçmiş həyat yoldaşının evləndiyini və qızı ilə artıq görüşmədiyini bildirib:
 
"O qədər sətiraltı məqamlar var ki, danışmaq istəmirəm. Qızımı görmək fikrində deyillər. Elə bil ki, qızı yoxdur. Bunu efirdə 1-2 dəfə demişdim. Qayınanam 5 il sonra ad gününə gəlmişdi. Qızımın atası indi evlənib. Yoldaşı, iki oğlu var. Mən ona zəng edə bilmərəm, yoldaşı məni elə yuyub-sərər ki... Allah xoşbəxt etsin. Efir adamıyam, amma onun kimi dilli deyiləm. Fikirləşirəm ki, ona bir veriliş verək, aparıcılıq etsin”.
 
Qeyd edək ki, İ.İbadova Mirsaleh Əliyev adlı həmkarı ilə evli olub, sonra boşanıb. Cütlüyün bu evlilikdən Ayan adlı bir qızı var. (axsam.az)

OXŞAR XƏBƏRLƏR