Azərbaycanlı müğənniyə vəzifə verildi
17:07 / 15.03.2018
1789
Müğənni Əflatun Qubadova "Dünya TV”də vəzifə verilib. Sənətçi kanalın musiqi departamentinin direktoru vəzifəsinə təyin olunub.
Sfera.az bildirir ki, bu barədə Yenicag.az-a açıqlama verən müğənni yeni vəzifəsindən danışıb:
"Səsinə, sənətinə güvənən istənilən müğənni gəlib telekanalda öz məharətini göstərə bilər. Hansı janrda ifa etməsindən asılı olmayaraq, qapımız istənilən sənət adamının üzünə açıqdır. Bizim də məqsədimiz izləyicilərimizi keyfiyyətli musiqi ilə təmin etmək, onların zövqünü oxşamaqdan ibarətdir”.