Azərbaycanlı müğənniyə AĞIR İTKİ - Yatdı, oyanmadı
17:25 / 29.11.2018
6819
Tanınmış ifaçı Zahidə Günəş uzun zamandır efirlərdə görünməmək səbəbini "5/5"də açıqlayıb.
Z.Günəşin bu açıqlaması aparıcı başda olmaqla hər kəsi qəhərləndirib:
Mən də nə vaxtdandır qapanmışam özümə. Qonşu kanallar da nə vaxtdandır zəng edirlər. Yaydan bəri verilişlərə çıxmıram".
Xanım ifaçı ailəsində ard-arda iki böyük itki verdiyini canlı yayımda bildirib.
"Ailədə itkilərimiz olub. Gəlinimiz rəhmətə getdi. "40"-ı təzə çıxmışdı, 15 gün sonra, dalınca da qardaşımı itirdik. Böyük itkidir! Gəlinimiz xərçəng xəstəsi idi. Qardaşım da yatdı, oyanmadı. Bir-birlərini çox sevirdilər. Qardaşımın 52 yaşı var idi. Nə yaşdı ki?!
21-22 yaşlarında iki övladları qaldı. İkisi də ailəlidir.