Azərbaycanlı müğənninin qardaşının yasından ürəkdağlayan görüntülər - VİDEO

Azərbaycanlı müğənninin qardaşının yasından ürəkdağlayan görüntülər - VİDEO
Ağır avtomobil qəzasında qardaşını itirən müğənni Cəmil Əfəndi ARB-nin "Elgizlə izlə" proqramının qonağı olub.


Sfera.az BAKU.WS-yə istinadla
 xəbər verir ki, qardaşının ölümündən sarsılan ifaçı bu itki ilə barışa bilmədiyini deyib.

"Türkiyəyə gedən avtobusda işləyirdi. Allah şahiddir ki, ona dəfələrlə deyirdim ki, uzaq yol getmə, elə buralarda iş tap".

Xatırladaq ki, 7 sentyabrda Şəmkirin Sarıtəpə kəndi ərazisində baş verən ağır yol nəqliyyat hadisəsində ölənlərdən biri müğənni Cəmil Əfəndinin qardaşı Məhərrəmov Elbrus Hüseyn oğludur. 36 yaşlı Elbrus yük maşını ilə toqquşan sərnişin avtobusunda olub.

 

Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü E.Məhərrəmov "Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xəttində sürücü köməkçisi işləyirdi. Ailəli və iki uşaq atası idi.

Mərhumun yas mərasimindən ürəkdağlayan görüntülər efirdə yayımlanıb. Sözügedən görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR