Azərbaycanlı milyarder lüks gəmisi ilə Bodrumda – Fotolar

Azərbaycanlı milyarder lüks gəmisi ilə Bodrumda – Fotolar

62 yaşlı Azərbaycan əsilli milyarder Fərhad Əhmədov lüks gəmisi ilə Bodrumun Yalıkavak məhəlləsindəki Küdür yarımadasında lövbər salıb.


Türkiyə KİV-lərinin məlumata görə, dünyanın ən zəngin iş adamları arasında yer alan qaz istehsal edən şirkətlərdən "Northgas”ın sahibi rus milyarder Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədova, 3 övladı və yaxınları ilə birlikdə 115 metrlik lüks "Luna” gəmisi ilə dünən Bodruma gəlib. Azərbaycan əsilli milyarder Yunanıstanın Korfu, Mikonos, Tilos, Leros adalarını gəzdikdən sonra ailəsi ilə birlikdə Bodrumda dayanıb. Nəhəng gəmini görmək istəyənlər əraziyə axın etməyə başlayıb. "Luna” gəmisinin üzərində bolluca günəş şüası qəbul edən Əhmədov mükəmməl şəkildə istirahət etməyi bacarıb.

Lakin Bodrum sahillərində lövbər salan gəminin ətrafında 6 istiqamətdə qayıqlarla təhlükəsizlik tədbirləri alınıb.

Azərbaycanlı iş adamının balıqçılardan 150 kiloqrama yaxın squid, sprut və bölgədə üzən balıq növlərindən aldığı məlum olub. Əhmədovun nəhəng gəmini bu ilin əvvəllərində İngiltərə futbol komandası "Chelsea”nin sahibi rusiyalı milyarder Roman Abramoviçdən aldığı bildirilir.

Üzmək üçün hovuzu, helikopter üçün meydançası, mini dənizaltısı, 6 ədəd sürətli qayığı, gülləkeçirməz şüşələri və hər növ raket atəşlərinə qarşı güclü müdafiə sistemi olan polad gövdəli "Luna” gəmisi saatda 30 km-lə hərəkət edə bilir.

Bundan başqa lüks gəmidə 30 nəfər xidmətçi, 20 nəfər qoruma olmaqla 50 nəfər xidmət göstərir.

Məlumatlara görə, Fərhad Əhmədov ailəsi ilə birlikdə hələ 10 gün Bodrumda istirahət edəcəklər.

 
Sfera.az
 





OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...