Azərbaycanlı məşhurların yeni QAZANC MƏNBƏYİ – “İNSTAGRAM" BİZNESİ”

Azərbaycanlı məşhurların yeni QAZANC MƏNBƏYİ – “İNSTAGRAM
Türkiyənin əksər ulduzlarının şəxsi İnstagram hesablarından həm də gəlir mənbəyi kimi istifadə etmələri, qardaş ölkə mediasında kifayət qədər müzakirə olunur. Hər hansı bir məhsulu səhifələrində reklam edən bu məşhurların paylaşımları, vergi orqanları tərəfindən araşdırılır. Bu "biznes" növü artıq yerli məşhurlarımız arasında da dəb halını alıb. Tanınmış müğənnilərimiz qardaş ölkədəki həmkarlarından geri qalmamaq prinsipini rəhbər tutub, onlara reklam qarşılığında gələn çoxlu sayda hədiyyələrlə bağlı müəyyən qaydalar tərtib edirlər.

PrimeTime.Az "İnstagram"ın Azərbaycandan tanınan istifadəçilərinin bu sosial şəbəkədən necə istifadə etdiklərini araşdırıb.

 

Əməkdar artist Röya Ayxanın səhifəsində ilk gündən heç bir məhsulun reklamın görmək mümkün deyildi. Aylar keçdikdən sonra ulduzun səhifəsində sahib olduğu moda evi və siması seçilən su brendinin tanıtım çarxlarına yer ayrılır. Onun İnstagram hesabına Türkiyədə çalışdığı şirkət tərəfindən nəzarət olunur. Bugünə qədər ona ünvanlanan saysız-hesabsız reklam təkliflərinə əməkdar artist müsbət cavabı vermir.

 

Sevinc və Sevil Səfərova bacıları da bu istiqamətdə yeni qərar qəbul edib. Dünənə qədər dəyərindən asılı olmayaraq ən müxtəlif məhsulları səhifələrində reklam edən ulduz bacılar, bu gündən etibarən kiçik şirkətlərin üzünə, hər gün izləyici sayı dayanmadan artan səhifələrininin "qapı"larını bağladılar. Amma bu o demək deyil ki, bacılar gələcəkdə hər hansı bir nəhəng şirkətin sərfəli reklam piarına "Yox" deyəcək.  

 

Muğam ifaçısı Gülay Zeynallı İnstagramdan yeni istifadə etməyə başlayanda bəzi məhsulları öz səhifəsində təmənnasız reklam etsə də son zamanlar sahibkarlardan 500AZN məbləğində qonorar istəyir. Amma bu hələ son deyil. Gülay, reklam edəcəyi şirkət məhsulun göndərəcəyi hədiyyəni özü seçməsə, qətiyyən paylaşım etmir.

 

Əldə etdiyimiz məlumata görə, eyni qaydanı Günay İbrahimli də səhifəsində tətbiq etməkdədir. Hədiyyələrin çoxluğundan istifadə edən İbrahimli, yayımlanacaq reklamın qarşılığında sifarişçilərdən 500AZN tələb edir. Ancaq göndərilən məhsulun da önəmi böyükdür. Günay da Gülay kimi hədiyyəni özü seçir.

 

Müğənni Nura Suri ən məşhur brendləri öz paylaşımları sırasına daxil edir. Azərbaycanda İnstagramın ilk istifadəçilərindən olan Nura, etdiyi hər bir paylaşıma xüsusi diqqətlə yanaşır. Dünyaca məşhur brendlərin satışı ilə məşğul olan şirkətlər, müğənninin səhifəsində reklam olunmaq istəyirsə, mütləq şəkildə pul ödəməlidir. İfaçı bu qaydanı həmkarlarına da məsləhət görür: "Özünüzü belə ucuz satmayın! İnstagram və Facebookda reklam etdiyiniz şirkətlər sizə ödəniş etməlidir. Tort almağa hamımızın pulu var. 20-30 manatlıq hədiyyə göndərirlər, siz də onları reklam edirsiniz. Məşhur olmaq üçün nə qədər əmək və vəsait xərclədiyinizi unutmayın. Bu gün adınız sizə qazanc gətirməlidir".  

 

Aparıcı Afaq Gəncəli bu vaxta qədər etdiyi paylaşımlardan 1 qəpik belə olsun, qazanmayıb: "Pul qarşılığında reklam etməmişəm. İnstagramda yalnız ürəyim istəyən fotolar paylaşıram. Bir neçə dostum var ki, şəxsi biznes fəaliyyəti ilə məşğul olurlar. Əgər yeni məhsullar satışa çıxarılırsa, reklam kampaniyasına heç bir təmənna güdmədən mən də qoşuluram. Kənar şəxslərdən gələn hədiyyələri qəbul etmirəm. Tez-tez internetdə fəaliyyət göstərən mağazalardan təkliflər alıram. Heç birinə müsbət cavab vermirəm. Onların göndərdiyi "mayka"nı özüm də ala bilərəm. Mahiyyəti az olan cuzi əşyaları, əsla İnstagramımda paylaşmıram. Amma sevənlərimin ürəklə edilən hədiyyələrini aldıqda, sevə-sevə paylaşıb təşəkkürümü bildirirəm".

 


 
 


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...