Azərbaycanlı məşhur iş adamı GÖRÜN NƏ ÜSTÜNDƏ arvadını tutdurdu - FOTO

Azərbaycanlı məşhur iş adamı GÖRÜN NƏ ÜSTÜNDƏ arvadını tutdurdu - FOTO
 İş adamı Barat Abdullayevin həbs etdirmək istədiyi keçmiş həyat yoldaşı Təyminə Abdulayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Sfera.az 
lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirən Təyminə Abdullayevaya hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Təyminə Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, prokuror çıxışında Təyminə Abdullayeva barəsində heç yerə getməməklə bağlı iltizam tədbirinin ləğv edilməsini və təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub. Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib. Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. T.Abdullayevanın işi davam edən ərəfədə Səkinə İsmayılova da həbs edilib.

Azərbaycanlı məşhur iş adamı GÖRÜN NƏ ÜSTÜNDƏ arvadını tutdurdu - FOTO

OXŞAR XƏBƏRLƏR