Krİmİnal

Azərbaycanlı mafiya lideri İstanbulda belə SAXLANILDI - VİDEO

Azərbaycanlı mafiya lideri İstanbulda belə SAXLANILDI - VİDEO
İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan azərbaycanlı "mafiya lideri” Ənbər Sadıxov dünən gecə İstanbulda yaxalanıb.

Sfera.az xəbər verir ki, İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməliyyatçıları Fatihdəki otellərdən birində əməliyyat keçirib.

Otelə basqın zamanı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil qruplaşma lideri olmaqda, dələduzluq və digər cinayətlərdə ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilən Sadıxov saxlanılıb. O, İstanbul Əmniyyət Müdirliyinə aparılaraq dindirilib. Sadıxovun Azərbaycana ekstradisiyası üçün proseduran başladılacağı bildirilir.

Saxlanılan şəxsin ötən il Maltepe həbsxanasından Erzurum həbsxanasına etap edilərkən yolda qaçdığı da üzə çıxıb. O, Türkiyədə soyğunçuluq cinayətinə görə həbs edilibmiş./Unikal.org
 
 

AdRiver

XƏBƏR LENTİ