Azərbaycanlı jurnalistlərin sualları yəhudi məşqçini özündən çıxartdı

Azərbaycanlı jurnalistlərin sualları yəhudi məşqçini özündən çıxartdı
"İlk hissə bizim üçün yaxşı alındı və iki qol vurduq. Lakin sonra yorulduq. İkinci hissədə qol vəziyyətlərimiz olmadı. Daha çox müdafiədə oynadıq".

Sfera.az xəbər verir ki, bunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abuksis deyib.

O daha sonra azərbaycanlı jurnalistlərin tənqidi sualları ilə üzləşib. Sualların çoxu rəqib futbolçuların yerdə qalıb vaxt uzatmaları ilə bağlı olub.

Yəhudi məşqçi buna əsəbiləşib və bir də belə suallar olacağı halda konfransı tərk edəcəyini bildirib:

"Mən belə suallara cavab vermək istəmirəm. Futbolçularım qaydalar çərçivəsində oynadı. Əvvəldən 2:2 hesabı təklif olunsaydı, mən buna razılaşardım. Amma hakimin əlavə etdiyi son dəqiqədə qapımıza vurulan qol bizi üzdü".

Qeyd edək ki, bu gün "Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə görüşündə 2:2 hesabı qeydə alınıb.
 
oxu.az

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...