Azərbaycanlı jurnalist İrəvanda saxlanıldı
17:50 / 24.02.2019
4724
Fevralın 23-də İrəvanın "Zvartnots” hava limanında İstanbul-İrəvan reysi ilə Ermənistan paytaxtına gəlmiş İran vətəndaşı saxlanılıb.
Saxlanılan 33 yaşlı Ramin Valadandır. O, 2018-ci ildən İİR Cinayət Məcəlləsinin "dələduzluq” maddəsinə görə axtarışda imiş. Onun etnik azərbaycanlı olduğu güman edilir.
Vildanın saxlanılması barədə İnterpolun Ermənistan bürosuna məlumat verilib.
Mənbə əlavə edir ki, R.Vildan Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən "Royal” televiziya kanalının direktorudur.