Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar? (SİYAHI)

Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar? (SİYAHI)
Sfera.az bizplus.az-a istinadən azərbaycanlı milyonçuların təhsil aldığı universitetləri təqdim edir.

Vahid Ələkbərov



Milyarder iş adamı, Rusiyanın "LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.

Araz Ağalarov



Azərbaycan əsilli Rusiya biznesmeni, "Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. Araz Ağalarov iqtisad elmləri doktorudur.

Mübariz Mənsimov



Azərbaycanda doğulmuş Türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib.

Fərhad Əhmədov



Azərbaycanda doğulmuş Rusiyalı iş adamı, Rusiya milyarderi Fərhad Əhmədov 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

Qod Nisanov



Rusiyada fəaliyyət göstərən milyarder iş adamı Qod Nisanov Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir.

İsgəndər Xəlilov
 


İsgəndər Xəlilov 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir.

İlham Rəhimov



İlham Rəhimov 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır.  1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...