Azərbaycanlı iş adamı Ebru Gündeşə Hadisə ilə xəyanət edibmiş - Boşanma ərizəsindəki şok detallar

Azərbaycanlı iş adamı Ebru Gündeşə Hadisə ilə xəyanət edibmiş - Boşanma ərizəsindəki şok detallar
Xəbər verdiyimiz kimi məşhur türkiyəli müğənni Ebru Gündeş 11 illik həyat yoldaşı Rza Zərraba boşanma davası açıb.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı ciddi iddia ortaya atılıb. Belə ki, Ebru Gündeş azərbaycanlı iş adamı Zərrabın onu başqa qadınlarla aldatdığını demişdi. İddiaya görə, həmin qadınlar arasında tanınmış müğənni Hadisə də var. Qeyd edilib ki, Hadisə Zərrabla bir neçə dəfə Amerikada görüşüb. Axırıncı dəfə 2019-cu ildə bir yerdə göründükləri bildirilib. Hətta məlumata görə, Hadisə Miamiyə gedən zaman türk vətəndaşlarının diqqətini çəkməmək üçün birbaşa uçuş etməyib, yəni əvvəlcə Avropaya, daha sonra Amerikaya gedib.

İfaçı Amerikadan qayıdarkən dünyaca məşhur markaların fotolarını paylaşıb və bu marka geyimləri Rza Zərrabın ona hədiyyə etdiyi deyilir. 

Qeyd edək ki, Ebru Gündeş  iddia ərizəsində Zərrabın bir neçə qadınla əlaqəsi olduğunu və aralarından birini yaxından tanıdığını deyib. İfaçının sözlərinə görə, həyat yoldaşının münasibətlərinə həm qızı, həm də qızının dayəsi şahid olub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR