Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü - FOTO

Azərbaycanlı gənc maraqlı yolla Rekordlar Kitabına düşdü - FOTO

Hazırda Dubayda tanınmış şirkətlərdən birinin marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı gənc maraqlı bir ideyanı reallaşdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Oxford Universitetində magistr təhsili alan Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb.

Sfera.az xəbər verir ki, V. Adıgözəlov qafqazinfo-ya açıqlamasında bildirib ki, rekord ideyası ona elə təyyarədə olarkən gəlib:

"Bir neçə ay öncə səfərdən qayıdanda təyyarədə qeyri-adi bir elanla rastlaşdım, kapitan bildirdi ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir. Bələdçidən öyrəndim ki, təyyarədə əllidən çox millətdən sərnişin var. Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu resylə maraqlanmağa başladım. Belə məlumata rast gəlməsəm də, qarşıma bir çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığı haqda məlumat çıxdı. 

İdeyam çılğın olduğu qədər də bahalı idi, ancaq tezliklə ideyanı həyata keçirə bilməyimizə şərait yarandı.

 

29 noyabr tarixində BƏƏ-nin 48-ci Milli günü və ölkədə Tolerantlıq ili münasibətilə 145 millətin nümayəndəsi tarixi uçuş üçün hava limanına toplaşdı. Milli seçim nəticəsində püşkatma yolu ilə seçilmiş şərnişinlərlə yanaşı, tarixi uçuşda 500-dən çox sərnişin, Ginnes Dünya Rekordları komitəsinin nümayəndələri, kral ailəsi üzvləri, media mənsubları da iştirak edirdi".

Vüqar Adıgözəlovun sözlərinə görə, rəsmi rekord cəhdi üçün "Emirates" Hava Yollarına məxsus A380 təyyarəsi (təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib) seçilib. Reys Dubay Beynəlxalq Hava Limanından ( DXB) qalxaraq BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edərək 1 saat sonra yenidən Dubaya qayıdıb:  

"Uçuşdan öncə Ginnes Rəsmisinin bildirdiyinə görə, ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın. Təyyarənin göyərtəsində olarkən Ginnes Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq rekordun qeydə alındığını bildirdi. Beləliklə, bu hadisə və hava yolları Ginnes Dünya Rekordu olaraq qeydə alındı və rəsmən "Möhtəşəm" titulunu qazandı". (milli.az)


OXŞAR XƏBƏRLƏR

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...