Azərbaycanlı gənc jurnalist həyatını itirdi
15:34 / 20.09.2019
1586
Bakı Dövlət Universitetin jurnalistika fakültəsinin məzunu Ankarada ölüb.
Sfera.az bildirir ki, Cavid Abbasov Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
Gənc jurnalist qan xərçəngindən əziyyət çəkib.
Qeyd edək ki, C.Abbasov "Mediagroup”un təsisçisi, idarə heyətinin sədri və icraçı direktoru olub.