Dünya

Azərbaycanlı əsgəri döyən gürcüstanlı hərbçilər saxlanıldı — VİDEO

Azərbaycanlı əsgəri döyən gürcüstanlı hərbçilər saxlanıldı — VİDEO
Gürcüstan hərbi polisi Azərbaycan əsilli əsgəri döyməkdə şübhəli bilinən iki hərbçini saxlayıb.
 
Sfera.az "Ölkə.Az” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.

"Saxlanılma ilə bağlı qərarı Tbilisi şəhər məhkəməsi çıxarıb. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq”, - məlumatda bildirilib.

Xatırladaq ki, dünən Gürcüstan hərbi polisinin Krtsanisi Milli Hərbi Mərkəzində Kazım Qəhrəmanovun döyülməsində və pulunun zorla ələ keçirilməsində şübhəli bilinən iki hərbçini müəyyən etməsi ilə bağlı məlumat yayılmışdı.

 

Faktla bağlı cinayət işi başlanıb.




XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031