Hadİsə

Azərbaycanlı cərrah Türkiyədə həbs edildi

Azərbaycanlı cərrah Türkiyədə həbs edildi

38 yaşlı azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə polis tərəfindən saxlanılıb.

Sfera.az bildirir ki,  Elnarə Məmmədova rüşvət almaqda ittiham edilir. O, xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən ələ keçib.

Bildirilir ki, onun barəsində araşdırma başlanılıb.

Qeyd edilir ki, 2017-ci ildən Türkiyədə xəstəxanada plastik cərrahiyə ilə məşğul olan qadın səkkiz xəstədən müxtəlif məbləğlərdə pul tələb edib.

E. Məmmədova Türkiyənin Hakkari Dövlət Xəstəxanasında işləyib.


XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031