AKTUAL

Azərbaycanlı-çeçen görüşündə şok: Kərimov belə qaçdı - Video

Azərbaycanlı-çeçen görüşündə şok: Kərimov belə qaçdı - Video
Moskvadakı "Prezident otel”də tanınmış azərbaycanlılar və çeçenlər arasında keçirilən görüşdə iki xalq arasında bir neçə gün davam edən münaqişəyə səbəb olan erməni Harnik Aramoviç Vardanyanın timsalında bütün erməniləri müdafiə etmək üçün Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov da iştirak etməyə cəhd göstərib.

Bu barədə İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov canlı yayımda danışıb. Onun sözlərinə görə, A.Kərimov dünən Moskvada "Prezident otel”də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Çeçenistan Respublikasının hökumət sədrinin müavini, Rusiya Dumasının deputatı Adam Delimxanovun da iştirakı ilə tanınmış azərbaycanlılar və çeçenlər arasında baş tutan görüşdə hadisənin ortaya çıxmasında birbaşa günahkar olan erməninin mövqeyini müdafiə etmək üçün iştirak etməyə çalışıb.

Azərbaycan və çeçen xalqını bir-birinə qırdırmaq istəyən, iki xalq arasında münaqişə yaradan, özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyanı könüllü şəkildə müdafiə etməyə hazır olan A.Kərimov toplantıya dəvətsiz şəkildə qatılıb.

Lakin onun tədbirdə iştirakına müdaxilə edilib və bir qədər sonra onun köməkçiləri ilə birgə toplantıdan çıxarılmasına nail olunub.

O, toplantıya qatılmaqla bu işdə ermənilərin heç bir günahının olmadığını, Fuad Abbasovun yayımladığı pasport məlumatlarının isə tamamilə yanlış olduğunu dilə gətirmək istəyib.

Ağadadaş Kərimov o şəxsidir ki, bir müddət öncə qızını erməniyə ərə verməsi ilə gündəmə gəlmişdi və sonradan məlum olmuşdu ki, onun həyat yoldaşı da milliyyətcə ermənidir. Hətta o, bu izdivacla bağlı verdiyi açıqlamada erməni xalqının nümayəndəsinə qızını verməkdən fəxr etdiyini dilinə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün öncə Moskvadakı "Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub.

Belə ki, özünü azərbaycanlı kimi təqdim edən Harnik Aramoviç Vardanyan çeçen Əlixan adlı şəxslə telefon danışığı zamanı onun həyat yoldaşına həqarət edib. Əlixan adlı şəxs isə onun həyat yoldaşını təhqir edən Harnik Aramoviç Vardanyanın a cavabında azərbaycanlılara qarşı da söyüş söyüb. Nəticədə Harnik Aramoviç Vardanyan Əlixanın telefon danışığının azərbaycanlılara söyüş söyülən hissəsini internetdə yayaraq, təxribatın əsasını qoyub.

***

F.Abbadov erməniləri müdafiə edən və toplantıya dəvətsiz gələn Ağadadaş Kərimovun suallardan necə yayındığını əks etdirən görüntüləri paylaşıb.
Sözügedən görüntüləri təqdim edirik:



XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031