Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO

Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal” – "Qarabağ” matçının sonunda baş verən erməni təxribatı "Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.

Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma "Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.

Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.

 

Bundan sonra sosial şəbəkələrdə azərbaycanlı azarkeşlərin stadionu tərk edən erməniləri ələ saldığını, xüsusilə  qondarma rejimini bayrağını daşıyan erməni azarkeşlərindən birinin ünvanına təhqir və məsxərə dolu ifadələr işlətdiyini görmək olur. Onlar deməyə söz tapmayıb, qorxularından sakit şəkildə yollarına davam ediblər.


"Qaçın burdan!”, - deyə azərbaycanlı azarkeşlər car çəkiblər.

Öz növbəsində "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qeyd edib ki, belə hərəkəti yalnız qorxaqlar edirlər. 

"Bu hərəkəti edən adam qorxub sonra qaçmamalı idi. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”, - deyə o bildirib.

Xatırladaq ki, "Arsenal” - "Qarabağ” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.


OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...