Azərbaycanlı aparıcıya Türkiyədən təklif

Azərbaycanlı aparıcıya Türkiyədən təklif
Tanınmış aparıcı Nailə İslamzadəyə Türkiyədən təklif gəlib.

Sfera.az xəbər verir ki, TRT Avaz kanalı onunla yenidən əməkdaşlıq etmək istədiyini bildirib.

Bu barədə sənətçi sosial media hesabında məlumat verib.

O, sözügedən kanalda bir vaxtlar aparıcısı olduğu "İşte kadın” proqramından görüntülər paylaşaraq, "Yenidən təklif gəldi” sözlərini yazıb.

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də "Ailələr, talelər” verilişinin aparıcısı olub.

OXŞAR XƏBƏRLƏR