Azərbaycanlı aparıcı Avstriyada ərə getdi – FOTO

Azərbaycanlı aparıcı Avstriyada ərə getdi – FOTO

 

Azərbaycanlı aparıcı Tamilla Şirinova Avstriyada ailə qurub.

Oxu.Az-ın Trend Life-a istinadən məlumatına görə, Karintiya federal əyalətində baş tutan toyda yaxın ailə üzvləri iştirak edib. 

T.Şirinova avstriyalı həyat yoldaşı ilə keçən il Vyanada keçirilən "Eurovision” yarışması zamanı tanış olub. Onlar müsabiqənin baş tutduğu arenada bir yerdə işləyiblər. Aparıcı həmin il ölkəmizin "Eurovision” nümayəndə heyətinin rəhbəri idi.

"Bu ilk baxışdan sevgi idi. Mən çox xoşbəxtəm. Dünyaya, həyata baxışımızda ortaq cəhətlərimiz çoxdur. Biz bir yerdə səyahət etməyi sevirik, ona görə çoxlu ölkədə olduq. Onunla aramızda sehrli bir əlaqə var. O, mənim ən yaxın dostum və tərəf müqabilimdir. Yaxınlarım, qohumlarım bu xoşbəxt anı mənimlə birlikdə bölüşmək istəsə də, Bakıda toy olmayacaq”, - deyə aparıcı bildirib.

T.Şirinovanın həyat yoldaşı musiqi ilə peşəkar şəkildə məşğul olur və müxtəlif musiqi alətlərində ifa etməyi bacarır.

Qeyd edək ki, Tamilla Şirinova 10 ildən çox İTV-də çalışıb. Daha sonra isə o, TRT Avaz-da fəaliyyətini davam etdirib.

 

 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...