Azərbaycanlı alimi Gürcüstana buraxmadılar

Azərbaycanlı alimi Gürcüstana buraxmadılar
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarixçi-alim, antropoloq, Kərəm Məmmədovu Gürcüstana buraxmayıblar. Bizimyol.info-nun xəbərinə görə,o bu barədə öz Feysbuk səhifəsində məlumat yayılıb.

Əslən Gürcüstanın Dmanisi (Başkeçid) rayonun Gəyliyən kəndindən olan tarixçi-alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Lakin gürcü sərhədçilər alimin guya Gürcüstan qanunvericiliyinə uyğun olmayan fəaliyyət göstərdiyindən "arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

Qeyd edək ki, tarixçi alimə qarşı Gürcüstan rəsmilərinin tətbiq etdiyi bu sanksiya ilk deyil. Bundan əvvəl də Kərəm Məmmədova qarşı belə bir sanksiya tətbiq edilib. Ancaq bu ilin mart və aprel aylarlında bu sanksiya götürülmüş və Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edə bilmişdi. İndi isə yenidən tarixçi alimə doğulduğu yurda getmək qadağan edilib.
Gürcüstan rəsmiləri atdıqları bu addımları Gürcüstan qanunvericiliyinin dəqiq bəndi ilə ifadə edə bilmədiklərindən ümumi "digər səbəblər” yazmışlar.

Qeyd edək ki, Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədlinin də öz torpaqlarına, Gürcüstana getməsi yasaqlanıb. "Mən dəfələrlə rəsmi müraciət etdim, heç bir qanun pozuntusuna yol verməmişdim, yalnız dostluq qardaşlıq fikirlərini yayırdım.Onlar isə bunu görünür siyasi təhlükə kimi qiymətləndirdilər.Bu Gürcüstan hakimiyyətinin bizə qarşı sağlam olmayan münasibətinin təzahürü idi”,- deyə Zəlimxan Məmmədli Bizimyol.info saytına bildirib.


OXŞAR XƏBƏRLƏR