Azərbaycanlı alim Harvard Universitetinə dəvət aldı

Azərbaycanlı alim Harvard Universitetinə dəvət aldı

Qərb Unviersitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən olan Harvard Universitetinə dəvət alıb.

Sfera.az oxu.az-a istinadən bildirir ki, o, 2016-2017-ci tədris ilində universitetin Rusiya və Avrasiya Mərkəzində dəvətli alim kimi fəaliyyət göstərəcək. Həmyerlimizin tədqiqat mövzusu "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti"dir.

Qeyd edək ki, Harvard Universitetinin əsası 1636-cı ilin 8 sentyabrında qoyulub. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. 

Təhsil ocağının adı ingilis xeyriyyəçisi Con Harvardın şərəfinə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib.

Universitetdə 9 fakültə fəaliyyət göstərir.

Harvard Universitetinin dünya şöhrətli məzunları olub: ABŞ-ın 7 prezidenti (Con Adams, Con Kinsi Adams, Teodor və Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitscerald Kennedi və kiçik Corc Buş), Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodi; Meksikanın hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas.

Bu universitetin məzunlarından biri də "Microsoft" şirkətinin yaradıcısı Bill Qeytsdir. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra - 7 iyun 2007-ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə "Microsoft" şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.


OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...