Maqazİn

Azərbaycanlı aktrisanı zorlayan rejissora 20 il həbs

Azərbaycanlı aktrisanı zorlayan rejissora  20 il həbs
Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva onu zorladığını iddia etdiyi müəllimi, məşhur rejissor Mark Razovskiyə qarşı iddia qaldırıb.

Sfera.az xəbər verir ki, Fatimə 81 yaşlı rejissoru məhkəməyə verməsi barədə "Instagram” hesabında məlumat verib:

"12 vəkillik kontorundan və 12 ildən sonra Razovskini məhkəməyə verdim. RF Cinayət Məcəlləsinin 131 və 133-cü maddələri ilə iddia qaldırılıb.

Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Qeyd edək ki, Fatimə əvvəl teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını "Rossiya 1” telekanalında Moloxovun proqramında qonaq olarkən bildirmişdi. (goldnews)
AdRiver

XƏBƏR LENTİ