\"Azərbaycanla heç bir əlaqəm ola bilməz\"
14:18 / 11.01.2017
648
Bakı imperiyanın cənubunda fortpost idi.
Ölkə.Az xəbər verir ki, şahmat üzrə 13-cü dünya çempionu, keçmiş Bakı sakini Harri Kasparov chess-news.ru saytının suallarını cavablandırıb və Azərbaycana necə nümasibət bəslədiyini bildirib.
Kasparov deyib: "1990-cı ilin yanvar ayında Bakını tərk etmək məcburiyyətində qaldım. Həmişə qeyd etmişəm ki, paytaxtı Moskva olan ölkədə anadan olmuşam. SSRİ dağıldıqdan sonra paytaxtı Moskva olan ölkədə yaşamağa başladım. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili baza rolunu oynayıb. Bizim ailədə müxtəlif millətlərin nümayəndələri var. Bakı SSRİ-yə daxil olan digər respublikalardan onunla fərqlənirdi ki, burada rus mədəniyyəti hakim idi. Bu şəhər həmişə imperiyanın cənubdakı forpostu olub. Pasportumda doğum yerim Bakı göstərilsə də, bu günkü Azərbaycanla mənim heç bir əlaqəm yoxdur və ola da bilməz".