Azərbaycanın “Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Belarusiyada növbəti qələbəsini qazandı

Azərbaycanın “Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Belarusiyada növbəti qələbəsini qazandı

 

 

28 may - 1 iyun 2019-cu il tarixlərində Belarusiya Respublikasının Bobruysk şəhərində "Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısı keçirilib.

Tədbirdə ölkəmizi "Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri, 245 saylı tam orta məktəbin şagirdləri - Səma Balıyeva, Milana Əliyeva, Nigar Məlikova, Ayan Həmidova, Nurlan Məlikzadə, Zeynal Nəzirli, Anar Həsənli və Fərhad Ağazadə təmsil ediblər. Tədbirdə dəstəni 245 saylı tam orta məktəbin müəllimi Məlahət Ağayeva və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani müşayət edib.

Belarus Respublikasının regionlarından, eləcə də MDB ölkələrindən tədbirə qatılan "Gənc Yol Hərəkəti İnspektorları” müxtəlif intellektual, bədii və idman müsabiqələri keçirmiş, rəqs və teatral bacarıqlarını nümayiş etdirmiş, izləyicilərə yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tamaşalar göstərmişlər. Növbəti mərhələdə yol hərəkəti qaydalarına aid bilik müsabiqəsinə və viktorinalara qatılan tədbir iştirakçıları sonda yol hərəkəti təhlükəsizliyinə dair məlumatların mənimsənilməsinə həsr olunmuş oyunlarda iştirak etmişlər.

Azərbaycan Respublikasını təmsil edən "Gənc Yol Hərəkəti İnspektorları” dəstəsi toplantının bütün mərhələlərində yüksək aktivlik, bilik və bacarıq nümayiş etdirərək münsiflər heyətinin səs çoxluğu ilə müsabiqənin qalibi diplomuna layiq görülmüş, medal və kubokla mükafatlandırılmışlar.

Eyni zamanda, toplantının bağlanış mərasimində müsabiqə və viktorinalarda fəal iştirak edərək qalib gəlmiş bir neçə həmvətənlimizə fərdi diplom və hədiyyələr təqdim edilmiş, habelə bütün dəstə üzvlərinə dövlətlərarası toplantıda iştirak etmələrini təsdiq edən şəhadətnamələr təqdim olunmuşdur.

Tədbirdə çıxış edən iştirakçı yeniyetmələr həmyaşıdları ilə ünsiyyət qurmalarını, bilik və təcrübələrini digər dövlətlərdən olan üşaqlarla bölüşmələrini toplantının əsas dəyəri kimi qiymətləndirmiş, təmsil etdikləri ölkəyə və məktəbə qayıtdıqdan sonra əldə etdikləri bilikləri digər şagirdlərlə paylaşacaqlarını böyük coşqu hissi ilə vurğulamışlar.

Qeyd edək ki, bu Azərbaycanın"Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin beynəlxalq toplantılarda qazandığı sayca 3-cü qələbəsidir.

 


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...