İqtİsadİyyat

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Azərbaycanın xarici dövlət borcu açıqlanıb
 

Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2019-cu il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 12,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

Sfera.az-ın  məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği şərti maliyyə öhdəlikləri (təxminən 10,0 %) daxil olmaqla 8,9 milyard dollar olub.

 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930