Azərbaycanın Xalq rəssamı vəfat edib

Azərbaycanın Xalq rəssamı vəfat edib
 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

"Report”un məlumatına görə, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.

O, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

O, bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin "Traviata”, C.Rossininin "Sevilya bərbəri”, R.Leonkavallonun "Payatsı”, F.Əmirovun "Sevil” operaları, P.Çaykovskinin "Romeo və Cülyetta”, Q.Qarayevin "Don Kixot”, "Leyli və Məcnun”, T.Bakıxanovun "Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin "Müdriklər”, İ.Əfəndiyevin "Büllur sarayda”, C.Cabbarlının "Od gəlini”, "Aydın”, S.Vurğunun "Fərhad və Şirin”, N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü”, H.Orucovun "Bu dünyanın adamları”, B.Vahabzadənin "Cəzasız günah”, Elçinin "Poçt şöbəsində xəyal”, H.Həsənovun "Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

T.Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. .

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...

İsveç Baş naziri COP29-a DƏVƏT EDİLDİ

İsveç Baş naziri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Azərbaycan Prezidentinin noyabr ayı...