Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?

Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?

Azərbaycan Mərkəzi Bankı banklar tərəfindən valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı qoyulan dörd faizlik marjanı aradan qaldırır.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə bank sektorundakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, məsələ bu gün Mərkəzi Bank və digər bankların rəhbərlikləri arasında keçirilən görüşdə müzakirə olunub.

Qeyd edək ki, bu gün banklar məzənnə təyin olunarkən dördfaizlik dəhlizi nəzərə almalıdır. Məsələn, bu gün dolların məzənnəsi 1,7742 manat həcmində təyin olunub. Beləliklə, valyuta mübadilə məntəqələri dolları əhalidən 1,7033 AZN-dən ucuz ala, 1,8451 AZN-dən baha sata bilməzlər.

Mənbə həmçinin qeyd edib ki, Mərkəzi Bank valyuta hərraclarının keçirilmə prinsiplərində dəyişikliklər edib. Bundan sonra hərraclar həftədə iki dəfə deyil, üç dəfə keçiriləcək.

O, hərracların keçirilmə qaydasında da dəyişikliklərin olduğunu deyib. Mənbə dəyişikliklər barədə ətraflı məlumat verməsə də, bildirib ki,bu hərraclar bazar şərtlərinə daha yaxın formada keçiriləcək.

Mərkəzi Bank tərəfindən bu tədbirlər tam üzən məzənnə rejiminə keçid çərçivəsində həyata keçiriləcək. Bu məsələ bugünki iclasın mövzusu olub. Tam üzən məzənnə rejiminə keçidin, eləcə də dörd faizlik marjanın götürülməsinin tarixləri açıqlanmayıb.



OXŞAR XƏBƏRLƏR

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...