Azərbaycanın qəzaya uğramış \"MiQ-29\" təyyarəsinin qalıqları tapılıb - Türkiyə MN görüntülər yaydı

Azərbaycanın qəzaya uğramış \
 
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış "MiQ - 29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb. 

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin "Twitter” səhifəsində məlumat verilib.
 

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.//Apa.az
 



OXŞAR XƏBƏRLƏR

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...