Azərbaycanın məşhur müğənnisi döyüldü

Azərbaycanın məşhur müğənnisi döyüldü

Əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadovanın toyda başına iş gəlib.

Sfera.az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, Cavanşir Məmmədovun toydan çıxan zaman döyüldüyü iddia olunub.

Məsələ ilə bağlı müğənni Firuzə İbadova ciddi bir hadisənin baş vermədiyini bildirib:

"Bilmirəm bu xəbərləri kim yayır. Belə bir dava baş tutmayıb. Ancaq onu deyə bilərəm ki, şişirdiləsi bir şey olmayıb. Cavanşir müəllimlə əlaqə saxlayın”. 

Bu məqamda qeyd etmək istərdik ki, Cavanşir Məmmədov məsələ ilə bağlı unikal.org-a açıqlama verib.

Müğənni restoranda arxadan vurulduğunu söyləyib:

"Movida Plaza”da Firuzə İbadova ilə yarım saatlıq çıxışımız var idi. Biz axşam 21:30-da proqramda çıxış etdik. Çıxanda bir nəfər yoldaş bizə yaxınlaşdı ki, yarım saat da qalıb çıxış etməlisiniz. Elə müğənnilər var ki, onları döyüb qovurlar.

Yarım saat əlavə qalmaq üçün bizimlə mübahisə etdi. Mən də bildirdim ki, bizim başqa yerdə çıxışımız var. Gedib sonra qayıdarıq. Biz qapıdan çıxanda məni arxadan vurdu. Bununla bağlı toy sahibləri həmin şəxsi tənbeh etdilər. Bir neçə dəqiqə keçəndən sonra məlum odu ki, biz çıxandan sonra bu şəxs özünü bıçaqlayıb”.

Cavanşir Məmmədov onu da bildirib ki, onu vuran "Cəbo” ləqəbi ilə tanınan Cəmil adlı şəxsdir:

"Şəxsin adı Cəmildi, "Cəbo” ləqəbi ilə çağırırlar. Məni döyməyib, arxadan vurub. Həmişə hörmətli kişiləri arxadan vururlar. Zərəçəkən şəxslər Cavanşir Məmmədov, Firuzə İbadovadırsa xəbəri yayan zaman bu şəxslərlə əlaqə saxlamaq lazım idi. Yalandan xəbər yaymaq düzgün deyil”.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...