Azərbaycanın məşhur istirahət mərkəzində biabırçılıq - FOTO

Azərbaycanın məşhur istirahət mərkəzində biabırçılıq -  FOTO
"İstisu" Müalicəvi İstirahət mərkəzində ciddi nöqsanlar aşkar edilib

"İstisu" Müalicəvi İstirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Neftçala rayonunun Xıllı şəhər tipli qəsəbəsində yerləşən və fiziki şəxs Həsənov Camal Saleh oğluna məxsus "İstisu" Müalicəvi İstirahət mərkəzində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Müəssisədə əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (İsti su) istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Araşdırma zamanı məlum olub ki, müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisənin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyası yoxdur, müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə xidmət göstərilir. Belə ki, müəssisədə müalicəvi məqsədlər üçün müraciət edən şəxslərin müayinə olunması üçün həkimin olmadığına görə, xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir. Müəssisədə müalicəvi isti su adı ilə istifadə edilən suyun kimyəvi tərkibini təsdiq edən sınaq protokolu və ya hər hansı bir rəy və vanna qəbul etmə qaydaları barədə hər hansı bir təlimat yoxdur. Vannalarda verilən suyun temperatur rejiminə nəzarət edilmir.

Müəssisənin iaşə xidmətləri göstərilən sahəsində də bir sıra ciddi möqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal texnoloji təlimat və reseptura olmadan aparılır, məhsulların istehsalında istifadə olunan xammalın uyğunluq və gigyenik sertifikatları yoxdur, məhsulların saxlanılması zamanı mal qonşuluğuna əməl olunmadan ət, süd məhsulları bir yerdə saxlanılır. Müəssisədə verilən qazan yeməkləri də əvvəlcədən hazırlanaraq soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Məhsulların sınaqlarının aparılması üçün müəssisədə laboratoriya mövcud deyil və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və məhsulların sınaqları barədə protokollar yoxlamaya təqdim edilməyib.

Yoxlama nəticəsində müəssisədə xidmətlərin göstərilməsinin qadağan edilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...